Paşinyan qondarma “erməni soyqırımı” ilə bağlı kompleksi ZİYARƏT EDƏCƏK

media-hightechnic-468x90

 

Nikol Paşinyanın səfəri ilə əlaqədar olaraq, sabah saat 10:00-a qədər Tsitsernakaberd Xatirə Kompleksinə giriş yalnız vətəndaşlar üçün deyil, həm də jurnalistlər üçün bağlanacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, 2023-cü ildən başlayaraq, Paşinyanın şəxsi qorxuları ilə əlaqədar olaraq, həm vətəndaşların, həm də jurnalistlərin Tsitsernakaberdə hərəkəti qadağan edilib. Bu, yalnız hakim “Vətəndaş Müqaviləsi” Partiyasının (VMP) üzvləri kompleksdən ayrılana qədər davam edəcək.

Xatırladaq ki, əvvəllər qeyd edildiyi kimi, bu il qondarma “erməni soyqırımı”nın 110-cu ildönümü ilə bağlı Ermənistanda dövlət səviyyəsində xüsusi təşkil olunmuş tədbir olmayacaq. Hər il olduğu kimi, bu il də dövlət mərasimi Nikol Paşinyan və VMP-nin yüksək rütbəli nümayəndələrinin Tsitsernakaberd Xatirə Kompleksinə ziyarəti ilə keçiriləcək. Mərasim səhər saatlarında başlayacaq, Paşinyan və VMP-nin nümayəndələri əbədi alovun yanında gül qoyacaq və sonra ayrılacaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600