!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan Rusiya bazasını Ermənistandan çıxara bilməz" - “İzvestiya”

!Reklam – Yazi

Paşinyan Rusiya bazasını çıxara bilməyəcək, Dövlət Dumasında təsdiq edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “İzvestiya” Rusiya Federasiyası ilə Ermənistan arasında 1995-ci ildə Rusiya hərbçilərinin Ermənistanda yerləşdirilməsi haqqında sazişi öyrənərkən məlum olub.

Ermənistan 2044-cü ilə qədər Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasını birtərəfli qaydada çıxara bilməyəcək,

“İzvestiya” yazır ki, bu məlumat Dövlət Dumasında təsdiqlənib.

Belə ki, müvafiq sənədin 27-ci maddəsində deyilir: “Tərəflərdən biri bu müqaviləni ləğv etmək niyyətini bəyan edərsə, Rusiya hərbi bazasının ləğvi ilə bağlı məsələlər qarışıq komissiya tərəfindən həll ediləcək. Rusiya hərbi bazasının ləğvi tərəflərin razılaşdırdığı müddət ərzində tamamlanmalıdır.”

Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedev və Serj Sarkisyan tərəfindən 2010-cu ildə imzalanmış Rusiya bazası haqqında sazişin 5 saylı protokoluna əsasən, onun Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb.

Bu məlumatı “İzvestiya”ya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvitkin təsdiqləyib.

“Rusiya Federasiyası ilə Ermənistan arasında bağlanmış müqaviləyə əsasən, müqavilənin müddəti başa çatdıqdan sonra, tərəflərdən biri müqavilənin normal müddətinin bitməsinə azı altı ay qalmış müqaviləni ləğv etmək niyyəti barədə müqavilənin digər tərəfinə yazılı məlumat vermədiyi təqdirdə, müqavilənin müddəti avtomatik olaraq növbəti beş il müddətinə uzadılır. Bu müqavilənin müddəalarına tərəflərdən birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında yenidən baxıla bilər”, – Şvitkin bildirib.

Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikolay Paşinyan “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib ki, İrəvan Rusiya hərbi bazasının Ermənistan ərazisində olmasının “üstünlüklərini görmür”. Eyni zamanda Rusiya və Ermənistanın Rusiya ordusunun respublikadan çıxarılması məsələsini müzakirə etmədiyini vurğulayıb.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv