Paşinyan: "Tramp marşrutu"nun 49 və ya 99 illik icarə ssenariləri müzakirə olunur"
Ermənistan ABŞ ilə “ Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə nəqliyyat yolunun icarəyə verilməsi üzrə iki senarini – 49 və ya 99 illik icarə variantlarını müzakirə edir.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən forumda danışıb.
“Bu gün “Tramp marşrutu”nun icarəyə verilməsi üzrə iki ssenari müzakirə olunur: 99 illik ssenari və 49 illik ssenari”,- deyə o bildirib.
Baş nazirin sözlərinə görə, hansı müddətin seçiləcəyindən asılı olaraq, layihəyə müvafiq investisiyalar yatırılacaq.
Paşinyan qeyd edib ki, sövdələşmənin həyata keçirilməsi üçün investorlar üçün sərfəli investisiya təmin edən müəyyən zəmanətlər tələb olunacaq./Trend/












