Paşinyan yenə də Qərbi Zəngəzura YOLLANACAQ

media-hightechnic-468x90

 

Son bir ayda ikinci dəfədir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Sünikə (Qərbi Zəngəzur – red.) səfərə hazırlaşır. Onun əvvəlki səfəri aprelin 12-də baş tutmuşdu və bu səfərin əsas səbəbi həyat yoldaşı Anna Akopyanın “maarifləndirmə kampaniyası” çərçivəsində təşkil etdiyi görüşlər idi.

Kampaniyanın həmin mərhələsində Akopyanın növbəti dayanacağı Mehri olmuşdu. Paşinyan isə həyat yoldaşının təşkil etdiyi tədbirlərdə iştirak etmək öhdəliyini qoruyaraq səfər cədvəlini onun planına uyğunlaşdırmış və Sünikə yollanmışdı.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, səfər zamanı Baş nazir Qafan şəhərində yaradılmış yeni patrul xidmətinin açılış mərasimində iştirak etmiş, bir neçə kəndə baş çəkmiş və ictimaiyyətdə səs-küy doğuran “diş yumaq” çıxışı ilə yadda qalmışdı:

“İndi isə Paşinyan Sünikə növbəti səfərini planlaşdırır. Mayın 10-da Qafan, mayın 11-də isə Qacarana gedəcəyi bildirilir. Çünki Anna Akopyan həmin tarixlərdə bu bölgələrdə “maarifləndirmə” tədbirləri keçirməyi planlaşdırır. Həmin görüşlərdə Paşinyan da çıxış edəcək”.

Qeyd edək ki, əvvəlki səfəri zamanı Paşinyan sərhədyanı Xnatsax və Xoznavar kəndlərinə baş çəkməmişdi.

Baş nazirin səfərindən sonra hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri onun bu “boşluğunu doldurmağa” çalışıblar. Deputatlar David Danielyan və Arsen Torosyan həmin kəndlərə səfər ediblər. Onlardan bir gün sonra isə qubernator Robert Qukasyan və deputat Armen Xaçatryan bölgəyə baş çəkiblər.

Bütün bunlar göstərir ki, hakim partiyada komanda işi və koordinasiya olunmuş fəaliyyət yoxdur. Əksinə, seçkilər yaxınlaşdıqca, daxildə gərgin rəqabət güclənir. Partiya üzvləri fəallıqlarını artıraraq, siyahılardan kənarda qalmamaq üçün varlıqlarını xatırlatmağa çalışırlar.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600