Paşinyan yeni katolikos AXTARIŞINDADIR – Namizəd kimdir?

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Nikol Paşinyan son 7-8 gün ərzində Erməni Apostol Kilsəsinə yeni katolikos tapmaq üçün intensiv axtarışlarla məşğuldur.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Paşinyanın hazırkı katolikos II Qareginə qarşı etirazları davam etsə də, onun əvəzlənməsi istiqamətində konkret addımlar atmamasının səbəbi məhz uyğun varis axtarışı ilə bağlıdır.

Məlumatlı mənbələrə görə, artıq bəzi dini şəxslər Paşinyan komandasına yaxınlaşaraq, mövcud katolikosun çətin vəziyyətdə olduğunu və tezliklə istefa verəcəyini bildiriblər. Onlar hakimiyyətə yeni seçki mərhələsinin sakit şəkildə təşkilinə dəstək olacaqlarını vəd ediblər.

Hazırda Paşinyanın “seçim dairəsindəki əsas namizədin” ABŞ-nin Qərb Yeparxiyasının rəhbəri Yepiskop Hovnan Derderyan olduğu iddia edilir. O, bu vaxta qədər nə hakimiyyətin siyasətini tənqid edib, nə də hazırkı katolikosu dəstəkləyib. Bu neytrallıq onun namizədliyini daha da gücləndirir.

Qeyd olunur ki, Hakimiyyət hələlik Derderyana rəsmi təklif irəli sürməyib, lakin Ermənistan rəhbərliyi hesab edir ki, onun gəlişi ilə kilsə-hakimiyyət münasibətləri normallaşa və kilsə yenidən qeyri-siyasi institut halına gətirilə bilər.

Ermənistan hökuməti yaxın günlərdə bu istiqamətdə yeni siyasi-hüquqi planı ictimaiyyətə təqdim edə bilər.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600