“Paşinyanı aradan götürmək lazımdır” - Avropa Ermənistanda qanlı dəyişikliyə hazırlaşır

media-hightechnic-468x90

Avropa siyasətində növbəti qalmaqal gündəmə gəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Minval”ın yaydığı videolar Avropa strukturlarında erməni lobbisinin fəaliyyəti və Avropa İttifaqının yüksək rəhbərliyində mümkün təsir və korrupsiya iddialarını yenidən müzakirə mövzusuna çevirib.

Videolarda BMT-nin Beynəlxalq Məhkəməsinin sabiq prokuroru Luis Moreno Ocampo və onun oğlu Tomas Moreno Ocamponun səsləndirdiyi fikirlər diqqət çəkir.

“Borrel mənim üçün işləyir” — Avropa institutlarına təsir iddiası

Yayılan görüntülərdə Luis Moreno Ocampo Avropa Parlamentində təsir imkanlarından danışaraq bildirir ki, onun komandasında əvvəllər Avropa Parlamentində çalışmış bir şəxs var və həmin şəxs vasitəsilə müxtəlif təşəbbüslər qaldırmaq mümkündür. Söhbət zamanı bu şəxsin keçmiş Avropa diplomatiya rəhbəri Josep Borrell olduğu iddia edilir.

Ocampo həmçinin Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla bağlanmış müqavilələri yenidən nəzərdən keçirməyə məcbur etmək planlarından bəhs edir. Onun sözlərinə görə, bu proses ABŞ-dakı erməni lobbisi ilə birlikdə koordinasiya oluna bilər və əsas arqument kimi “insan hüquqları” mövzusu istifadə olunur.

“Paşinyanı aradan götürmək lazımdır” – diqqət çəkən bəyanat

media-whatsapp-image-2026-04-30-at-11-02-54-1

Sabiq prokuror Luis Moreno Ocampo və onun oğlu Tomas Moreno Ocamponun yer aldığı videolarda Ermənistanın baş naziri Nikol Paşinyanın fiziki olaraq da aradan götürülməsi məqsədinin açıq şəkildə səsləndirildiyi iddia olunur, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün ictimai rəyin formalaşdırılması, aktivistlərin, biznes nümayəndələrinin və müxtəlif qrupların təşkil edilməsi istiqamətində görüşlər keçirildiyi qeyd edilir, eyni zamanda Luis Moreno Ocamponun Avropa Parlamenti və Avropa Komissiyası səviyyəsində əlaqələrindən istifadə edərək Azərbaycanla bağlanmış müqavilələrin ləğvinə nail olmaq, bu məqsədlə Avropa məhkəməsi vasitəsilə hüquqi təzyiq mexanizmlərini işə salmaq niyyətindən danışdığı bildirilir, bu prosesdə ABŞ-dakı erməni lobbisi ilə koordinasiyanın planlaşdırıldığı, “insan hüquqları” mövzusunun əsas təsir aləti kimi istifadə olunmasının nəzərdə tutulduğu və bütün bu fəaliyyətlərin regional siyasi proseslərə təsir göstərmək məqsədi daşıdığı vurğulanır. Bu açıqlamalar Ermənistanın daxili işlərinə mümkün müdaxilə niyyəti kimi qiymətləndirilir və regionda sabitliyə təsir edə biləcək faktor kimi dəyərləndirilir.

media-whatsapp-image-2026-04-30-at-11-02-54

Kampaniyanın arxasında kimlər dayanır?

Məlumatlara görə, bu fəaliyyətlərin maliyyələşdirilməsində xaricdə yaşayan bəzi erməni iş adamlarının adları çəkilir. Onların Avropa və ABŞ-da lobbiçilik fəaliyyətlərini dəstəklədiyi iddia olunur. Bu şəxslər arasında Samvel Karapetyan və Ruben Vardanyan kimi fiqurların adı hallandırılır.

Məsələ ilə bağlı türkiyəli araşdırmaçı-jurnalist Yesim Eryilmaz diqqət çəkən açıqlama verib. Onun sözlərinə görə, yayılan videolarda səslənən fikirlər Ermənistan daxilində siyasi güc mübarizəsinin daha dərin qatlarını göstərir.

media-whatsapp-image-2026-04-30-at-12-18-34

Araşdırmaçı qeyd edib ki, son dövrdə Nikol Pashinyanın hədəfə alınması sistemli xarakter daşıyır və bu proses yalnız siyasi qüvvələrlə məhdudlaşmır:

“Paşinyanın hədəfdə olması təsadüfi deyil. Ermənistanda hakimiyyət uğrunda mübarizə yeni mərhələyə keçib. Bu mübarizədə yalnız siyasi qruplar deyil, həm də ənənəvi təsir institutları – xüsusilə Kilsə aktiv rol oynayır.”

Yeşim Eryılmaz vurğulayıb ki, Ermənistan cəmiyyətində Erməni Apostol Kilsəsi uzun illərdir siyasi proseslərə təsir imkanlarına malik olub və hazırkı gərginlik fonunda bu təsirin daha açıq şəkildə görünməsi ehtimalı artır:

“Kilsə Ermənistan daxilində legitimlik və ictimai rəy üzərində böyük təsirə malikdir. Paşinyanın son illərdə Kilsə ilə münasibətlərində yaranan gərginlik onun siyasi mövqelərinə qarşı təşkil olunan kampaniyaların güclənməsinə səbəb ola bilər.”

Araşdırmaçı hesab edir ki, yayılan videolar təkcə xarici lobbi fəaliyyətini deyil, həm də Ermənistan daxilində müxtəlif güc mərkəzlərinin koordinasiyalı hərəkət etdiyini göstərir.

Araşdırma tələbi gündəmə gəldi

Məsələ ilə bağlı Avropa Parlamenti, Avropa Komissiyası və Belçika xüsusi xidmət orqanları tərəfindən mümkün korrupsiya faktlarının araşdırılmasının vacibliyi vurğulanır. Bildirilir ki:

* mümkün korrupsiya və lobbiçilik əlaqələri araşdırılmalıdır;
* Avropa institutlarında təsir mexanizmləri şəffaf şəkildə yoxlanmalıdır;
* regionda sülh və təhlükəsizliyə təsir edə biləcək fəaliyyətlər hüquqi qiymətləndirilməlidir.

Hazırda tərəflərin rəsmi mövqeyi açıqlanmayıb. Mövzunun beynəlxalq siyasi gündəmdə rezonans doğuracağı gözlənilir.

Mövzu ilə bağlı araşdırmaların davam edəcəyi bildirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05