Paşinyanın adamını ABŞ-dən ƏLİBOŞ YOLA SALDILAR

media-hightechnic-468x90

Ədliyyə naziri Srbuhi Qalyan 7-11 aprel tarixlərində ABŞ-yə səfər edib. Səfərin əsas məqsədi “Korrupsiyaya qarşı tərəfdaşlıq” beynəlxalq konfransında iştirak etmək olub. Lakin Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuntsun təşəbbüsü ilə Qalyan ABŞ administrasiyasında yüksək səviyyəli görüşlər keçirməyə çalışıb ki, bu da rəsmi İrəvanın Tramp administrasiyası ilə sıx əməkdaşlıq etdiyini göstərmək məqsədi daşıyıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet yazır ki, ABŞ-də hakimiyyətdə olan Demokrat administrasiya ilə sıx əlaqələr qurmuş və seçkilər zamanı Kamala Harrisi dəstəkləmiş Ermənistan hakimiyyəti Donald Trampın seçkilərdə qalib gəlməsindən sonra çətin vəziyyətə düşüb.

Nəşr əlavə edib ki, hazırda onlar əvvəlki siyasi xəttin yaratdığı fəsadları aradan qaldırmağa çalışsalar da, bütün səyləri uğursuzluqla nəticələnir və Qalyanın ABŞ səfəri də bu baxımdan iflasa uğrayıb.

Bildirilir ki, dördgünlük səfər çərçivəsində onun yeganə görüşü 9 aprel tarixində ABŞ Dövlət Departamentində baş tutub. O, burada Avropa və Avrasiya məsələləri üzrə idarənin baş müşaviri, eyni zamanda, ATƏT-in Minsk qrupunun sabiq həmsədri olmuş Lu Bono ilə görüşüb:

“Maraqlıdır ki, bu görüş barədə, eləcə də ümumilikdə Qalyanın ABŞ səfəri ilə bağlı indiyədək heç bir rəsmi məlumat paylaşılmayıb. Görünür, bu qədər aşağı səviyyəli görüşlə kifayətlənmək məcburiyyətində qalındığından, rəsmi dairələr bu barədə danışmamağa üstünlük veriblər”.

Qeyd edək ki, fevralın 3-də Ermənistan baş naziri Nikol Paşinyan da dördgünlük ABŞ səfərində olub və həmin səfər zamanı yalnız ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə foto çəkdirmək imkanına malik olub.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600