!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın “anklavların mübadiləsi” BLEFİ: “Ermənistan bu çərçivədə tələb olunan addımları atmasa...”

!Reklam – Yazi

“Ermənistanın anklavları dəyişdirmək niyyəti sadəcə, prosesləri uzatmaq məqsədi daşıyır”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana məxsus anklavlarla bağlı son iddialarına münasibət bildirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Ermənistanın hakimiyyət dairələri tərəfindən anklavların dəyişdirilməsinə dair təkliflər irəli sürülür:

“Azərbaycanla Ermənistan arasında razılaşdırılmayan məsələlər sırasında məhz anklavlar da var. Delimitasiya və demarkasiya dedikdə, çox ciddi proseslərin olacağını nəzərə almaq lazımdır. Ermənistan ərazisindəki anklavların SSRİ dövrünə aid xəritələri var. Bu səbəbdən, sözügedən məsələdə çox ciddi fikir ayrılığının yaranacağını düşünmürəm.

Əgər Nikol Paşinyan anklavlar məsələsini ortaya atmaqla, sülh prosesini bir az da ləngitməyi düşünürsə, bu istəyinə nail ola bilməyəcək. Çünki hər bir naxçıvanlı Kərki kəndinin harada başlayıb, harada bitdiyini, otlaq və yaşayış sahələrinin hansı ərazilərə düşdüyünü çox yaxşı bilir. Fikrimcə, burada əsas məsələ Azərbaycana məxsus anklavların xoşluqla geri qaytarılıb-qaytarılmamasıdır. Ermənistan bu çərçivədə tələb olunan addımları atmasa, Azərbaycan digər vasitələri işə sala bilər.

Vətən müharibəsindən sonra Ermənistanın hakimiyyət dairələri tərəfindən anklavların dəyişdirilməsinə dair təkliflər irəli sürülür. Gədəbəydəki Başkənd kəndini Azərbaycana verməklə, digər kəndləri əllərində saxlamaq istəyirlər və bu təklifləri səsləndirərkən bir sıra bəhanələrə də əl atırlar.

Guya ki, Kərki kəndinin qaytarılması ilə İrəvan-Zəngəzur şosse yolu təhlükə altına düşür. Ancaq bu iddiaların heç bir əsası yoxdur. Ermənistanın anklavları dəyişdirmək niyyəti sadəcə, prosesləri uzatmaq məqsədi daşıyır. Azərbaycanın tək istəyi dədə-baba torpaqlarını son qarışına qədər geri qaytarmaqdır. Burada hər hansı ərazi güzəştindən, yaxud kəndlərin mübadiləsindən söhbət gedə bilməz”.

Nəsimi Ələsgərli

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv