Paşinyanın BAŞI BƏLADA – “Revanşistlərin əsas hədəfləri...”

media-hightechnic-468x90

“Ermənistandakı revanşistlərin fəaliyyətini ümumilikdə nəzərdən keçirdikdə, onların hər zaman bu cür niyyətlərlə hərəkət etdiklərini görmək mümkündür. Ermənilər hər zaman öz məqsədlərini həyata keçirməyə çalışıblar və bu, davamlı olaraq baş verən bir prosesdir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

O, Ermənistanda revanşist hərəkatın getdikcə geniş vüsət almasının siyasi səbəblərini izah edib.

M. Bünyadlı xatırladıb ki, martda Gümrüdə keçirilən seçkilər, bir il öncə Qazaxın kəndlərinin geri qaytarılmasından sonra başlayan hərəkətlər və son günlərdə atəşkəs rejiminin pozulması revanşist qüvvələrin öz çirkin niyyətlərini davamlı olaraq həyata keçirdiklərini göstərir:

“İndi baş verənlər isə onların növbəti mərhələsidir. Revanşistlərin bir neçə əsas hədəfi var: birincisi, qarşıdan gələn parlament seçkiləridir. Ermənistandakı revanşist qüvvələr və müxalifət bu fürsətdən istifadə edərək öz mövqelərini gücləndirmək istəyirlər. Onların əsas məqsədi Paşinyan hakimiyyətini devirmək və parlament seçkilərində daha çox səs qazanmaqdır. İkinci səbəb isə xarici qüvvələrin bölgədəki maraqları ilə əlaqədardır. Xarici qüvvələr revanşist qüvvələrdən istifadə edərək Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışırlar”.

O, xatırladıb ki, dünənki hadisələr də bu məqsədlərə xidmət edir:

“Paşinyanın sülh missiyasına gəldikdə isə, o, bu sazişi həyata keçirmək üçün müəyyən addımlar atmağa çalışır. Ancaq bu proseslərə qarşı çıxmaq da onun digər variantıdır. Bu, Paşinyanın başqa bir yolu olmadığı mənasına gəlir. O, ikinci cəbhədən istifadə edərək bu məsələlərdə öz mövqeyini gücləndirməyə çalışır. Amma bu o demək deyil ki, Paşinyan da revanşistlərin maraqlarına son nəticədə xidmət etmir. Onun da burada öz maraqları var və bu, həm Azərbaycanın, həm də Türkiyənin maraqları ilə əlaqələndirilə bilər. Paşinyan özünü bu ölkələrə daha yaxından göstərmək və mesaj vermək istəyir: “Baxın, mənim yoxluğumda buradakı qüvvələr sizə qarşı çıxacaq”. Əgər Paşinyan doğrudan da sülh tərəfdarıdırsa və bayraqların yanmasına qarşı çıxırsa, o zaman sülh sazişi ilə bağlı konkret addımlar atmalı, bu mövzudan spekulyasiya və öz xeyrinə istifadə etməməlidir”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600