Paşinyanın DİLİ AÇILDI – Baş nazirin gecikmiş etirafına səbəb NƏ İDİ?

media-hightechnic-468x90

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı qalmaması ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan bəyanatı gerçəkliklərin ifadəsidir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.

media-xaqanicafarli

Siyasi təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyanın “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransındakı çıxışında ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlərə toxunub.

Analitikin fikrincə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini bəsləyən Rusiya müstəmləkəçiliyi zəiflədikcə, Paşinyanın etiraf etdiyi gerçəklik yaranmağa başladı:

“Ukraynaya qarşı cinayətkar müharibədə Rusiyanın məruz qaldığı hərbi-siyasi uğursuzluq Moskvanın müstəmləkə siyasətini kökündən məhv etməkdədir. Bütün bunları Ermənistanda da aydın görürlər. Bu gerçəkliyin etiraf edilməsi Ermənistanın bölgə ölkələri, Azərbaycan və Türkiyə isə əməkdaşlığının yolunu açır. Avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişi və digər razılaşmalar bu əməkdaşlığın təməlini qoyub. Burdan geri dönüş Ermənistan üçün fəlakətli olar. Paşinyan da bunları ifadə edərək əməkdaşlığın formatlarını və yollarını tapmağa çalışır”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa