Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyanla Köçəryan və Sarqsyan arasındakı gərginliyin əsas səbəbi budur

“Ermənistanda doğulan şəxslər Qarabağda öləcəklər”.

“Hələ də Ermənistan ərazisində Qarabağdan olan ermənilərin mövqeləri güclüdür”.

Yenicag.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun fikrincə, Ermənistandakı ermənilər və Qarabağdakı ermənilər arasında olan münasibətlərin fərqliliyi ilə bağlı müxtəlif istiqamətdə fikir söyləmək olar:

“Siyasi baxışları fərqlidir. Qarabağdakı ermənilər Rusiyaya meyllidirlər, öz nicatlarını Rusiyada axtarırlar. Ermənistandakı ermənilər isə daha çox qərbə meyllidirlər, Avropa və Amerikaya bağlıdırlar. Bu da son nəticədə bu iki qrup arasında gərginliyə və ixtilafa səbəb olur. Tarixə də nəzər salsaq, 1990-cı illərdə Ermənistanın rəhbəri olmuş Ter-Petrosyanla bu gün Ermənistan siyasətindən tanıdığımız, Qarabağda doğulan Robert Köçəryan, Serj Sarqsyan və Seyran Ohanyan arasında olan gərginliyi nümunə göstərə bilərik. Hər iki şəxs Rusiyanın böyük dəstəyi ilə Ermənistanda rəhbər vəzifəyə gətirilmişdilər, Ermənistanın prezidenti olmuşdular. Bu gün də bu şəxslər Rusiyanın maraqlarına xidmət edən addımlar atırlar. Hazırda Nikol Paşinyanla Köçəryan və Sarqsyan arasındakı gərginliyin əsas səbəbi budur. Köçəryan və Sarqsyan Qarabağdakı erməniləri təmsil edir. Onlar Rusiya ilə münasibətlərin daha da dərinləşməsinə çalışaraq, bütün əlaqələrin Rusiya ilə aparılmasının tərəfdarı kimi çıxış edirlər. Digər tərəf – Ermənistandakı ermənilər isə Avropaya inteqrasiyanın tərəfdarıdırlar. Ona görə də 2018-ci ildə Avropaya inteqrasiya ilə bağlı konkret addımlar atdılar. Rusiyaya meylli qruplaşmaları uzaqlaşdıraraq bununla, Rusiya ilə Ermənistanın hazırkı hakimiyyəti arasında narahatlıq yaranmasına səbəb oldular”.

R. Məmmədlinin sözlərinə görə, müharibə başlanarsa, bu iki qrup arasında ixtilafın qalacağına inanmır:

“İdarəçilik baxımından birləşə biləcəklər, Qarabağdakı və Ermənistandakı ermənilər vahid mövqedən çıxış edəcəklər. Lakin bəzi məsələlər istisna deyil, çünki vəziyyət hər an dəyişə bilər. Ümumilikdə, bu iki qrupun müharibə vaxtı parçalanması ağlabatan deyil. Lakin Ermənistanda dəfələrlə “bizim övladlarımız Qarabağda niyə ölməlidir?” şüarlar ilə aksiyalar keçirilib. İndi də bununla bağlı etiraz mitinqlərini görürük. Paşinyan demokratiya adı ilə hakimiyyətə gəlsə də, yenə Qarabağ məsələsində konkret addım ata bilmir. Hələ də Ermənistan ərazisində Qarabağdan olan ermənilərin mövqeləri güclüdür. Bu da onu deməyə əsas verir ki, sabah müharibə başlanarsa, yenə də Ermənistanda doğulan şəxslər Qarabağda öləcəklər”.

www.yenicag.az

253