Paytaxt nəqliyyatı Olimpiadaya hazırdırmı?

media-hightechnic-468x90

img1504079 Avropa oyunlarına sayılı günlər qalır. İşlər bütün sürətilə davam edir. Burada vacib məsələlərdən biri də nəqliyyat infrastrukturunun tam hazır vəziyyətə gətirilməsidir. Paytaxtımıza gələn qonaqların rahatlığını təmin etmək üçün bu, ən mühüm amillərdən biridir. Bəs görəsən Bakının nəqliyyatı buna tam hazırdırmı?

Ekspert Azər Allahverənov bildirir ki, Bakı Avropa oyunları 2015-in təşkilat komitəsi bu məsələni xüsusi nəzarətdə saxlayır və həmin təşkilat komitəsinin nəqliyyat infrastrukturuna cavabdeh olan qurumu da mövcuddur. Bu qurumun missiyasına daxil olan məsələlər ilk əvvəl idman oyunlarının keçirildiyi yerlərlə idmançıların və qonaqların qaldığı yerlər arasında nəqliyyat infrasturturunun ciddi şəkildə qurulması, sərnişinlərin daşınması məsələləri, manesiz, idman yarışlarının keçirildiyi yerlər və idmançıların yaşadığı yerlər arasında çevik, sərbəst, heç bir sıxlıq olmayan xəttin və ya məkanın ayrılmasıdır.

“Təbii ki, bu məsələnin bir tərəfidir. Digər tərəfdən də həmin qurumun əsas missiyası da çox keyfiyyətli sərnişindaşıma xidmətlərinin təklif olunmasıdır. Bununla yanaşı bizim digər icra qurumları var. Nəqliyyat nazirliyi, Dövlət Yol Polisi hansı ki, onların da missiyasında olan məsələlər də həmin nəqliyyat infrastuktrunun hökmən şəkildə işləməsidir. Burada nəqliyyatla yanaşı eyni zamanda yol hərəkəti qaydalarında da müvəqqəti dəyişikliklər olacaq, hətta bir neçə prospektdə hərəkət qaydalarına dəyişiklik gözlənilir. Konkret olaraq qeyd etdiyim kimi bu oyunlarda iştirak edən idmançılara, tamaşaçılara xidmət edən yol qovşağı ayrılacaqdır”-deyə ekspert sözlərinə əlavə edib.

Ekspert Azər Allahverənov idman yarışları zamanı vətəndaşların şəxsi avtomobillərdən maksimum az istifadə etməyi məsləhət gördü.

“Əslində bütün bu sadaladıqlarım məsələlər bir növ bü gün bizim şəhərdə alışdığımız tıxacın qarşısını almasına hesablanıb. Digər tərəfdən də məlum məsələdir ki, həmin ərazilərdə vətəndaşlarımız yaşayır. Onlar da öz yaşadıqla ünvana şəxsi avtomobillər ilə gedə bilər ki, bunlar üçün də xüsusi buraxılış vəsiqəsi verilir. Bütövlükdə isə düşünürəm ki şəhər əhalisi, hansı ki, yarışların keçirildiyi ərazilərə yaxın ünvanlarda yaşayırlar onlar da maksimum öz nəqliyyat vasitələrindən istifadə etməməlidirlər. Hesab edirəm ki,bütün bu sadaladıqlarım məsələlər öz həllini tapdıqda hərəkətin sıxlığını və tıxacı biz müşahidə etməyəcəyik”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600