Paytaxta 600 avtobus gətiriləcək-Video
Ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi Avropa Oyunlarına iki aydan çox vaxt qalıb. Buna görə də tədbirə hazırlıqlar sürətləndirilib. Xüsusilə Nəqliyyat Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, paytaxtda baş tutacaq olimpiya oyunları ilə əlaqədar artıq ölkəyə 300 ədəd Fransa istehsalı avtobus gətirilib. Bu ayın sonuna kimi növbəti partiyanın ölkəyə gətirilməsi nəzərdə tutulub. Bir sözlə avtobusların sayının 600-ə çatdırılması da istisna olunmur.
Oyunlar zamanı paytaxta gələn turist axınının rahat şəkildə hərəkət etməsi üçün bu ayın sonuna kimi London taksilərinin növbəti partiyası da ölkəyə gətiriləcək. Artıq bu taksilərdən 200 ədədi paytaxt ərazisindədəir. Yeni gətiriləcək taksilərin əvvəlkilərdən heç bir fərqi olmayacaq.
NN-in mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki, ümumilikdə Avropa Olimpiya oyunları ilə əlaqədar nəqliyyat sahəsindəki bütün hazırlıqlar may ayının sonlarına kimi başa çatacaq.