Paytaxtda yeni işıqforlar quraşdırıldı

media-hightechnic-468x90

Paytaxtın iki rayonunda yarana biləcək nəqliyyat sıxlığının və qəza şəraitinin qarşısının vaxtında alınması üçün yeni işıqforlar quraşdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Ruslan Göyüşov küçəsinin və Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi ilə Yeni Ramana yolunun kəsişmələrində yeni işıqforlar quraşdırılıb. Görülən işlər nəticəsində bu yollardan istifadə edən nəqliyyat vasitələrinin sərbəst hərəkəti və piyadaların təhlükəsizliyi təmin edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600