Pensiya ilə bağlı ŞAD XƏBƏR

media-hightechnic-468x90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşdırma proqramı çərçivəsində yeni və geniş fuksional imkanlara malik “Pensiya kalkulyatoru” e-xidmətini hazırlayır.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, bu e-xidmət vətəndaşlara onlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək.

Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat verəcək.

Yeni e-xidmətin yaxın bir ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa