Pensiya ödənişləri 14% artdı

media-hightechnic-468x90

Cari ilin yanvar-may aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (328 mln. manat) çox olmaqla 2 mlrd. 693 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Son 5 ayda 18,4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 121 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600