Pentaqon İraqa gəmi göndərir – Video

media-hightechnic-468x90

eeeeeeeeeeeeeewABŞ-ın İraq sahillərinə təyyarədaşıyan gəmi göndərəcəyi və gəminin Basra körfəzində yer alacağı məlum olub.

Pentaqon təyyarədaşıyan gəmisini İraqın Hərbi Hava Qüvvələrinə dəstək məqsədilə göndərir.

Basra körfəzinə göndəriləcək təyyarədaşıyan gəminin “USS HV Buş” (USS George HW Bush) olacağı da dəqiqləşib.

Xatırladaq ki, özünü “İraq Şam İslam Dövləti” adlandıran qruplaşmanın Kərkük və Mosulu ələ keçirəndən sonra Bağdada doğru irəliləməsi dünya liderlərini hərəkətə gətirib. ABŞ Prezidenti Barak Obama dünən verdiyi açıqlamada İraqa yenidən hərbi müdaxilə edə biləcəkləri ilə bağlı məsələnin artıq müzakirəyə çıxarıldığını açıqlamışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600