“Rusiya strateleji və digər nüvə silahlarını ciddi şəkildə inkişaf etdirir. ABŞ-da da Rusiya və Çinlə aparılan bu nüvə yarışı davam etdirilir”
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin büdcə iclasında ABŞ Müdafiə naziri Patrik Şanahan qeyd edib.
“Rusiyanın silahlanması çox aqresiv bir xarakter alıb” – deyə Şanahan vurğulayıb.
“Düzdür Rusiya iqtisadiyyatı ciddi problemlər yaşayır və dözümlülük göstərə bilmir. Ancaq bu baxmayaraq, Rusiya supergüc statusunu saxlamaq üçün hərbi sənayesini maksimum dərəcədə düzgün istifadə edərək inkişaf etdirir” – deyə diplomat Rusiya təhlükəsinin aktiv olduğunu bildirib.
Rusiyanın hərbi gücünü öz sərhədlərindən kənara daşıdığını qeyd edən Şanahan, Rusiyanın digər ölkələrdə demokratik abu-havaya zərər vuraraq öz nüfuzunu yaymasından danışıb.
Şanahan Rusiya və Çinə qarşı aparılan rəqabətdə ABŞ-ın artıq əvvəlki üstünlüyünü itirdiyini diqqətə çatdırıb.
Həşim Səhrablı
www.yenicag.az