Permyakov ABŞ-a işləyir-İddia

media-hightechnic-468x90

81468Yanvar ayında Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsinin 7 üzvünün qətlində günahkar bilinən Valeri Permyakovun ABŞ-a işləməsi ehtimal edilir.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bu ehtimalı Rusiya prezidentinin etibarlı şəxsi, Rusiya Federasiyasının İctimai Palatasının üzvü, siyasi analitik Sergey Markov səsləndirib.

Onun sözlərinə görə, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov mərkəzi ABŞ-ın Filadelfiya ştatında yerləşən sektanın üzvüdür.
.
“O, qəfildən Ermənistana getmək istəyir, yarım ildən sonra erməni ailəsini öldürür və Türkiyəyə qaçır. Ailəni niyə qırdığını izah edə bilmir. Ya o, dəlidir, ya da kiminsə tapşırığını yerinə yetirib. Hər iki versiya mümkündür və heç birində Rusiyanın günahı yoxdur. Yəni eyni xüsusi xidmət orqanları həm Avetisyanlar ailəsinin qırğınını təşkil elədi, həm də İrəvanda Rusiya bayraqlarını ayaqlar altına atdırdı”, – deyə politoloq vurğulayır.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Daha sonra Seryoja da xəstəxanda keçinib. Valeri Permyakovu Ermənistan – Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600