Peşəkar Futbol Liqası “İrəvan” klubunu I Liqadan kənarlaşdırdı

media-hightechnic-468x90

“İrəvan” klubu AFFA-nın Lisenziya Komissiyasının tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm I Liqada iştirak üçün lisenziya əldə edə bilməyib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər Liqası və I Liqanın 2023/2024 mövsümünün Əsasnaməsini rəhbər tutaraq “İrəvan”ı I Liqadan kənarlaşdırıb.

Nəticədə cari mövsüm I Liqada sonuncu yeri tutan “Araz Saatlı” qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada ikinci olan “Cəbrayıl” komandası ilə pley-off matçlarında qarşılaşacaq.

Qeyd edək ki, “İrəvan” kollektivi 10 gün müddətində verilən qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edə bilər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05