Peyntbol idman növü üzrə çempionat keçiriləcək

media-hightechnic-468x90

10984792_957021457671061_360137961_nAzərbaycan Gənc Hüquqşünaslar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər təşkilatları arasında Peyntbol idman növü üzrə Çempionat keçirəcək.
Qeyd edək ki, tədbirin təşkilatçılığı “İRƏLİ” İctimai Birliyi və Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən həyata keçiriləcək.
Çempionatın keçirilməsində əsas məqsəd gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması, onların fiziki hazırlıqlarının inkişafına dəstəkdir. Eyni zamanda gənclər peyntbol idman növü vasitəsi ilə asudə vaxtlarını səmərəli istifadə etməklə həmyaşıdlarına vətənpərvərlik sahəsində örnək nümayiş etdirəcəklər.
Çempionatda Azərbaycan Respublikasında fəaliyyət göstərən və dövlət qeydiyyatına alınmış bütün gənclər təşkilatları iştirak edə bilərlər. Çempionatda gənclər təşkilatlarının nümayəndələri 6 nəfər olmaqla komanda yaradıb iştirak edə bilər.
Azərbaycan Respublikasında rəsmi dövlət qeydiyyatına alınmış gənclər təşkilatları 15 fevral 2015-ci ilədək rəsmi qaydada komandalarını qeydiyyatdan keçirməlidir.
Qeydiyyat formalarını dolduran komandalar məlumatları [email protected] elektron ünvanına göndərməlidirlər.
Əlaqələndirici şəxs: Azər Əmirov
Tel: (051) 719 17 77

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600