PFL-in daha bir əməkdaşı xəstəxanadan evə buraxıldı

media-hightechnic-468x90

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) daha bir əməkdaşı xəstəxanadan evə buraxılıb.

PFL-dən Yenicag.az-a verilən məlumata görə, qurumun media və marketinq direktoru Sənan Abdullayevin xəstəxana şəraitində müalicəsi başa çatıb.

Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev palataya köçürülüb. Qurumun prezidenti Elxan Səmədovun müalicəsi isə reanimasiyada davam etdirilir.

Qeyd edək ki, ötən gün PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov evə buraxılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa