“Piter Elmar” hakim qarşısında

media-hightechnic-468x90

Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik və psixotrop maddələrin daşınması və saxlanılması) 182.2-ci (hədə-qorxu ilə tələb etmə,təkrar törədildikdə) maddələri ilə həbs olunaraq barəsində cinayət işi açılan kriminal aləmdə “Piter Elmar” kimi tanınan Elmar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenicag.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs hakim və prokurorun suallarını cavablandırıb.

Cinayət işində zərərçəkən kimi tanınan xanımın sərbəst ifadəsi dinlənilib.

Xatırladaq ki, Elmar Kərimov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa