!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Piylənmə dünyada yeni qlobal pandemiyaya səbəb ola bilər

!Reklam – Yazi

“Koronavirus pandemiyası zamanı dünyada insanların gəlirləri azaldı və bu səbəbdən onlar qənaət etmək məqsədilə ucuz, zərərli qidalara, xüsusən də “fast-food” qidalarına üstünlük vermək məcburiyyətində qalıblar. Bu da dünyada piylənmə problemini daha da artırır.

Yenicag.az xəbər verir ki, barədə Bloomberg-in yaydığı məlumatda bildirilib.

Məlumatda deyilir ki, bu ilin sonunadək 130 milyondan çox insan aclıqla üzləşəcək, lakin bu inkişaf etmiş ölkələrdə daha ciddi təhlükə yaradacaq:

“Xüsusilə, inkişaf etmiş ölkələrdə zrtıq çəkidən əziyyət çəkən insanların sayı ac insanlardan dəfələrlə çoxdur. Məsələn, Britaniyada hər yeddi ölümdən biri zərərli pəhriz səbəbindən baş verir. Artıq çəkili insanlar həmçinin şəkərli diabet, ürək-damar və onkoloji xəstəliklərə daha çox meylli olurlar”.

“BMT-nin hesablamalarına görə, dünyada 3 milyard insan sağlam pəhriz saxlaya bilmir və nəticədə artıq çəkiyə meyllilik yaranır.

Tədbir görülməsə, artıq çəki və ortaya çıxan sağlamlıq problemləri səbəbindən yaxın on ildə dünyada səhiyyə xərcləri ildə 1,3 trilyon dollar artacaq.

Bu, nəticə etibarı ilə yeni qlobal pandemiyaya səbəb olacaq”, – deyə, məlumatda qeyd edilib.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv