Türkiyədə Konstitusiya referendumunda “Əvət” nəticəsini qeyd edən türklər PKK-çıların hücumuna məruz qalıblar.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, aprelin 16-da keçirilmiş referendumun nəticələri açıqlandıqdan sonra Parisdə küçəyə çıxaraq, “Əvət” nəticəsini bayram edən türklərə beysbol ağacları və armaturlarla silahlanmış PKK-çılar hücum çəkiblər. Yaranan toqquşmanı dayandırmaq üçün əraziyə gələn polislər gözyaşardıcı qazdan istifadə ediblər.
Bir polis əməkdaşının xəsarət aldığı insident zamanı 2 PKK-çı həbs olunub. Hücuma məruz qalan türklər polisin və rəsmi şəxslərin onların çağırışlarına səhlənkar yanaşdıqlarını bildiriblər. Baş verən hadisədən xəbər tutan türklər bununla bağlı Renndə etiraz aksiyası keçiriblər.
Yeniçağ.az
www.yenicag.az