Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələrinin 19-20 fevral tarixlərində Şimali İraqın Zap bölgəsində həyata keçirtdiyi hava hücumu nəticəsində öldürülən PKK terrorçuları arasında təşkilatın yüksək rütbəli rəhbərlərindən “Baver Xebat” ləqəbli Qiyasəddin Qürün də olduğu bildirilir. Bu xəbər PKK terror təşkilatına yaxın internet saytlarında sözügedən hava hücumu zamanı ölən terrorçuların şəxsiyyətləri ilə bağlı məlumatda yer aıb. yayımlanıb.
Qeyd edək ki, Qiyasəddin Qür 13 aprel 2007-ci ildə Marmara Universitetinin Təhsil fakültəsində oxuduğu vaxt yaxın dostu ilə saxlanılıb və həbs olunub. Səbəb olaraq, onun terror təşkilatındakı fəaliyyəti göstərilib.
Daha sonra Qiyasəddin həbsxanadan çıxaraq, 2011-ci ilin oktyabr ayında terroristlərə qoşularaq dağa qalxıb.
Yeniçağ.Az
www.yenicag.az