!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK türk ordusuna hücum etdi: 1 şəhid, 2 yaralı - VİDEO

!Reklam – Yazi

PKK terrorçuları türk ordusunun Türkiyə-İran sərhədində Aralıq mahalında yerləşən postuna raket və yüngül silahlarla hücum edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hücum zamanı türk ordusunun 1 əsgəri şəhid olub, 2 əsgər isə yaralanıb. Yaralılar İqdır Dövlət Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətinin stabil olduğu açıqlanıb.

Ərazidən qaçan terrorçuların məhv edilməsi üçün genişmiqyaslı əməliyyat başladılıb.

Qurbernatorluqdan verilən açıqlamada bildirilib: “2019-cu il yanvarın 4-də yerli vaxta saat 02:30-da Aralıq mahalının Emince kəndinin İranla sərhəd bölgəsində Bülent Aydın sərhəd-keçid məntəqəsində piyada patrul vəzifəsini yerinə yetirən 10 nəfər hərbçiyə sərhəddəki modul beton divarından keçən və 8-10 nəfər olduqları ehtimal edilən PKK üzvləri tərəfindən raket atıcıları, əl bombaları və yüngül silahlarla atəş açılıb. Nəticədə 1 əsgərimiz həlak olub, 2 əsgərimiz yaralanıb.Yaralı əsgərlərimiz İğdır və Aralıq Dövlət Xəstəxanalarında müalicə olunur”.

Hadisə baş verən əraziyə keçirilən baxış zamanı 1 terrorçunun öldüyü, ən azı 2-sinin yaralandığını, meyitin və yaralıların digər terrorçular tərəfindən İran tərəfə keçirildiyini düşünürük”.

www.yenicag.az

5272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv