PKK Türkiyədə 12 hərbçinin ölümünə görə məsuliyyəti öz üzərinə götürüb

media-hightechnic-468x90

PKK terror təşkilatının hərbi qolu olan HPG qruplaşması Bitlis əyalətində 12 türk hərbçisinin ölümü ilə nəticələnən son iki hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı açıqlamada bildirilir.

Məlumata görə, aprelin 25-də HPG terror qruplaşmasının qadınlardan ibarət “YJA-Star” dəstəsi Şeyx Kuma rayonunda yerləşən hərbi hissəni qumbaraatanlardan atəşə tutub. Nəticədə 10 hərbçi həlak olub.

Aprelin 26-da HPG terrorçuları Hizan rayonunda hərbçiləri atəşə tutublar. Nəticədə iki hərbçi həlak olub.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600