Türk Silahlı Qüvvələri İraqın şimalında terror təşkilatı PKK-nın düşərgələrinə havadan hərbi əməliyyatlar təşkil edib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində terrorçuların silah-sursat bazası və sığınacaqları partladılıb. Əmrləri uğurla yerinə yetirən hərbçilər heç bir təhlükə ilə üzləşmədən geri qayıdıblar. Məlumatı rəsmi qaynaqlar da təsdiqləyib və bu cür əməliyyatların davam etdiriləcəyi bildirilib.
www.yenicag.az