!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Planşetlərdən oxunan dərslər uşağı kor edə bilər "– Tanınmış oftalmoloqdan həyəcan təbili

!Reklam – Yazi

Dərs ili başlar-başlamaz uşaqların problemləri artıb. Məktəblilər təkcə kitablardan deyil, votsap qruplarına atılan əlavə vəsaitləri də öyrənmək məcburiyyətində qalırlar. Hələ pdf formatında olan ədəbiyyatı demirik …

Bütün bunlar uşaqlarımızın gözünə, xüsusən də miapiyası olan övladlarımıza necə təsir edir?

Suallarımıza cavab verən tanınmış cərrah-oftalmoloq Günay Əliyeva olduqca aktual problemə toxunduğumuzu qeyd etdi:

“ Çox şadam ki, siz belə mövzuya toxunursuz. Uşaqların elektron vasitələrdən, xüsusən də planşetlərdən dərs oxumaları onların gözlərinə çox ziyandır. Ümumiyyətlə, uşaq dərsi kitabdan oxumalıdır. Bu zaman qavrama qabiliyyəti də fərqli olur. Araşdırmalar göstərir ki, kitabdan oxunan mətnlər dijital vasitələrdən oxunan informasiyalardan daha çox yadda qalır. Xüsusən də bu problem özəl məktəblərdə var. Müəllimlər uşaqlara dərsi elektron pdf formatında verirlər. Uşaqlar da bunu planşet və telefonlardan oxumaq məcburiyyətində qalırlar. Uşaqlar dərs vəsaiti kimi kitabdan istifadə etməlidirlər. Planşet dərs vəsaiti ola bilməz. Hətta pdf formatında olan materiallar belə kağızda çap olunmalı, ondan sonra oxunmalıdır. Düşünürəm ki, miopiyanın aqressivləşməməsi üçün bütün dərs tapşırıqları kitabdan olmalıdır. Elektron cihazlardan oxunan dərslər birbaşa gözlərə zərbə vurur.Ən əsas məsələ isə votsap qruplarına müəllimlər tərəfindən atılan dərslərdir. Bu da uşaqların gözünü çox yorur. Buradan bir həkim-oftalmoloq kimi bütün müəllimlərə səslənirəm ki, hətta əlavə materiallar belə votsap qruplarına atılmamalıdır. Bunlar çap olunmalıdır. Hətta yanıma gələn, övladı miapiyadan əziyyət çəkən uşaqların valideynlərinə də deyirəm ki, uşaqlarınızı telefondan uzaq tutun. Votsap qruplarına atılan əlavə vəsaitləri heç olmasa kompüterə köçürdün. Təki övladınız o xırda şriflərə saatlarla gözünü dikmək məcburiyyətində qalmasın. İnanın, əgər uşağın gözündə problem yoxdursa belə, o, dərsi telefondan oxuduğu təqdirdə onun gözündə problem yaranacaq. Ona görə də təkcə valideynlərə deyil, müəllimlərə də səslənirəm. Bu, çox ciddi problemdir və miapiyanın müalicəsində vacibdir.”

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv