Polis Akademiyasında dava: kursantlardan biri bıçaqlanıb

media-hightechnic-468x90

polis-akademiya-300x196Bakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir nəfər bıçaqlanıb.

“Report”un məlumatına görə, dava küçədə olub.

Belə ki, Mərdəkan qəsəbəsi Yesenin küçəsi 5 ünvanın qarşısında Polis Akademiyasının 3-cü kurs tələbələri 1997-ci il təvəllüdlü Coşqun Əliyev ilə 1996 ci- il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı C.Əliyev qrup yoldaşı R.Məmmədova bıçaqla xəsarət yetirib. R.Məmmədov Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa