Polis Bakı metrosunda maska REYDİ: “Burnum qaşınır” - VİDEO

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçirib.

Yenicag.az xəbər verir ki, polis əməkdaşları metronun “28 May” stansiyasında düzgün maska taxmayan şəxlərlə profilaktik söhbət aparıb.

Həmin şəxslərə maskadan düzgün istifadə etməyin vacibliyi çatdırılıb.

DİN-nin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, COVID-19-un yayılmasının qarşısını almaq məqsədi ilə DİN və polis əməkdaşlarının iştirakı ilə mütəmadi olaraq nəzarət profilaktik tədbirlər davam etdirilir:

“Nazirlər Kabinetinin qapalı məkanlarda, ictimai nəqliyyatda, eləcə də metroda maska taxmağın məcburi olması ilə bağlı qərarına uyğun insanlar bu qərara riayət etməlidir. Maskalardan düzgün istifadə edilməlidir. Maskalar ağız və burun nahiyəsini tam olaraq bağlamalıdır. Əks halda bu həm insan sağlamlığı üçün təhlükəlidir, həm də həmin şəxslər maskadan düzgün istifadə etmədiklərinə görə qanunvericiliyin tələbinə uyğun olaraq cərimə edilirlər. Bu səbəbdən hər kəsi qaydalara əməl etməyə və maskalardan düzgün istifadə etməyə çağırırıq”.

Qeyd edək ki, metroda maska taxılması məcburidir./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600