Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Polis intihar etmək istəyən şəxsi havada belə tutdu -VİDEO

471466_462755Yenicag.az xəbər verir ki, Çində Quansi-Çjuan muxtar rayonunda yüksək mərtəbəli binadan tullanaraq intihar etmək istəyən şəxsi polis öz bədənini qabağa verərək xilas edib.
Beyhay şəhərində polis çağırışdan sonra hadisə yerinə gəlib və 4 mərtəbəli evin damında özünü atmaq istəyən şəxsi görüblər. Hüquqmühafizə orqanının əməkdaşları onu bu addımdan çəkindirmək istəyiblər, yanğınsöndürənlər isə qəza-xilasetmə təchizatını qurmağa başlayıblar.

Bununla belə gənc birdən-birə özünü damdan atıb. Bunu görən Syao Lan adlı polis onun ölümünün qarşısını almaq üçün bədənini qabağa verib. Həmin şəxs gənc polisin düz üstünə düşür.

Hər iki şəxs xəstəxanaya çatlırılıb. Həkim müayinəsindən sonra yaralıların həyati təhlükəsi olmadığı ortaya çıxıb.

32 yaşlı gəncin intihar səbəbləri araşdırılır.

www.yenicag.az

189