!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Polis qapalı məkanlardakı əyləncə məclislərinə müdaxilə edə bilər” – Karantin rejiminin TƏLƏBİ

!Reklam – Yazi

“Əsas problem budur ki, polis ev şəraitində keçirilən hər əyləncəni izləyə bilmir”.

Yenicag.az-a ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə əməl etməyin vacibliyindən danışan sosioloq Sahib Altay qaydaların daha da sərtləşdirilməsinə ehtiyac olduğunu bildirib.

İtaliya və İspaniyada koronavirusdan çox sayda ölüm hallarının əsas səbəblərindən biri kimi əhalinin əyləncə sevgisi, barların və gecə klublarının bağlanmasından sonra insanların ev şəraitində əyləncələrə davam etməsi göstərilir. Koronavirus təhlükəsinin böyüdüyü Türkiyədə polis artıq qapalı məkanlarda keçirilən əyləncə məclislərinə müdaxilə edir və təşkilatçılar cinayət məsuliyyətinə cəlb olunur.

Azərbaycanda da əhalinin bir qisminin koronavirus təhlükəsinə baxmayaraq, əyləncə həvəsinin hələ də səngimədiyi müşahidə olunur. Sosial şəbəkələrdə paylaşılan foto və videomateriallardan da görünür ki, restoranlar, kafelər bağlı olsa da, istəyənlər ev şəraitində əylənməkdən qalmırlar.

Sosioloq Sahib Altay bildirib ki, əhalinin koronavirus təhlükəsindən qorunması üçün ciddi tədbirlər görülsə də, bəzi vətəndaşların karantin rejiminin qaydalarına əməl etməməsi təəssüf doğurur:

“Bağ evləri və digər qapalı məkanlarda kütləvi əyləncələrin keçirilməsi tamamilə yalnışdır. İnsanlar mövcud qaydalara dözümlü yanaşmalıdırlar. Bu məsələdə hüquq-mühafizə orqanlarının əyləncə keçirən şəxslərə qarşı tədbirlər görmək hüququ var.

Çünki ümumi karantin rejimində dövlətin qəbul etdiyi qərarlar hər kəsə şamil olunur. Əsas problem budur ki, polis ev şəraitində keçirilən hər əyləncəni izləyə bilmir. Yalnız o əyləncədə iştirak edən şəxsin paylaşımları fonunda polisin müdaxilə etmək imkanı var.

Qapalı məkanlarda əylənməmək vətəndaşların öz üzərinə düşən işdir. Ümumilikdə ölkəmizdə kütləvi yoluxmanın qarşısı hələlik alınıb. Çünki profilaktik tədbirlər demək olar ki, vaxtında həyata keçirilib. Bütün hallarda insanların daha yaxşı maarrifləndirilməsinə və daha sərt qaydaların tətbiqinə ehtiyac var”.

Gülşən Şərif

COP29

www.yenicag.az

2302
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv