Polis rəisinin sürücüsü qəzada ölüb
Bakıda baş verən yol qəzasında polis rəisinin sürücüsü olub.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bakı dairəvi yolunda qeydə alınıb.
Bakı şəhər sakini, polis serjantı, 1979-cu il təvəllüdlü Rafiq Abbasovun idarə etdiyi 10 AA 104 dövlət nömrə nişanlı “Hyundai – Sonata” markalı avtomobil “Hyundai-Tucson” markalı avtomobillə toqquşub. Nəticədə R.Abbasov hadisə yerində ölüb.
Qeyd edək ki, R.Abbasovun idarə etdiyi maşın Səbail Rayon Polis İdarəsi rəisinin xidməti avtomobili olub(apa).