Polis silah-sursatlı 7 nəfəri yaxalayıb

media-hightechnic-468x90

arrest_111114Azərbaycanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində Bərdə rayonunda növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin xüsusi təyinatlı polis qüvvələri cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Rayon Polis Şöbəsi əməkdaşlarının dünən və bu gün həyata keçirdikləri tədbirlərlə 7 Bərdə sakini saxlanılıb. Onların 5-i əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Həmin şəxslərin üzərilərinə baxış zamanı 1 tapança, 5 qumbara, müxtəlif çaplı 145 ədəd patron, 1 ov tüfəngi və 1 kiloqrama yaxın ağır növ narkotik vasitələr aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

(trend.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa