Dünyaya demokratiya, insan hüquqları dərsi keçən ABŞ-da polisin vəhşiliyi insanları dəhşətə gətirib. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, ABŞ polisi dünyada misli görünməmiş vəhşiliyə imza atıb.
Belə ki, başından vuraraq təsirsiz hala gətirdikləri adamı, göz altına almağa çalışan polis təcili yardımı gözləmək yerinə şübhəli şəxsin qollarına qandal taxır.
Amerikan polisinin şəxsə qarşı zorakılığı bütün dünyada ciddi etiraza səbəb olub.Lakin bu ABŞ polisinin ilk cinayəti də deyil. Bundan öncə də dəfələrlə amerikan polislərinin vəhşilikləri gündəmə gəlib, lakin dünyada insan hüquqlarını qoruduğunu iddia edən ABŞ öz polisinin vəhşiliyini görməzdən gəlir.
https://www.youtube.com/watch?v=PSVIV9wXSNA
Yenicag.az
www.yenicag.az