"Politico"dan Alyaska görüşü öncəsi səs gətirən TƏHLİL: "Putin Trampı tərifləyərək onu manipulyasiya edəcək"

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampın Alyaskada Rusiya lideri Vladimir Putinlə görüşəcəyi ehtimalı Ukrayna və Avropada narahatlığı artırır.

Yenicag.az xəbər verir ki, bu barədə “Politico” nəşrinin təhlil məqaləsində qeyd olunub.

Bildirilib ki, bu məsələ Polşa baş naziri Donald Tusk tərəfindən də bu həftənin əvvəlində vurğulanıb. O, cümə günü keçiriləcək sammit barədə “çoxlu qorxuları” olduğunu desə də, eyni zamanda, “çoxlu ümidləri”nin olduğunu əlavə edib. Nəşr baş nazirin ümidini ifadə etməsinin “Vaşinqtonu incitməmək”lə əlaqələndirib.

Nəşr qeyd edib ki, 7 ildən sonra ilk dəfə təşkil olunacaq görüşdə Putin bir daha Trampı məharətlə yönləndirərək onu Ukrayna və əsəbi Avropa müttəfiqlərinə qarşı mövqe tutmağa məcbur edə bilər.

“Putin ABŞ prezidentlərinin gəlib-getməsini görüb və çox vaxt onların dözümünü tükəndirərək diqqətlərini yayındıra bilib. Bu, seçiciyə cavabdeh demokratik liderə nisbətən avtokrat üçün xeyli asandır. Putin rəqiblərini sonsuz mürəkkəbliklərə, mövzu yayındırmalara və gecikdirmələrə sürükləyə, təəssüflü şəkildə “mülayim” görünə bilər”, – məqalədə vurğulanıb.

Putinin artıq Trampın psixologiyasını başa düşdüyü qeyd edilən məqalədə Rusiya liderinin onu tərifləyərək yönləndirə biləcəyi xüsusilə vurğulanıb.

“Putinin strategiyası ona artıq böyük qələbə qazandırıb – Trampla heç bir ciddi güzəşt etmədən görüş əldə etmək. Ola bilsin ki, ötən həftə Moskvada ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffla görüşəndə gizli şəkildə hansısa vədlər verib. Amma narahatlıq ondadır ki, Trampın qolf dostu olan və Kremlin görüşlərində qeydlərin aparılmasını sevməyən Uitkoff detallara səhlənkar yanaşması və qarşı tərəfin dediklərini arzuladığı kimi yozması ilə tanınır.

Daha da narahatedici odur ki, Uitkoff artıq Avropa liderlərinə bir-birinə zidd izahlar verib və bu, Ukrayna ilə yanaşı bütün Avropada təşvişi artırıb. Əslində, Putin ona hansısa “torpaq qarşılığında sülh” razılaşmasına hazır olduğunu aydın şəkildə bildirməyib”, – deyə “Politico”da yazılıb.

“Torpaq mübadiləsi” terminini işlətməklə Tramp və Uitkoffun artıq Putinin Ukraynaya qarşı üstün mövqeyini möhkəmləndirdiyi diqqətə çatdırılan təhlildə Ukraynanın öz ərazisindən keçmişi və gələcəyi naminə vaz keçməyə çağrıldığı bildirilib:

“Zelenski fevral ayındakı gərgin insidentdən sonra Trampın “qara siyahısı”ndan çıxmağa nail olmuşdu. İndi isə risk ondadır ki, yenidən o siyahıya düşə bilər və Putin məhz buna çalışacaq”.

 

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa