"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ / VİDEO
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Levski”yə (Bolqarıstan) məğlub olan “Sabah” mübarizəni dayandırıb.
Yenicag.az xəbər verir ki, Masazırdakı Əlincə stadionunda baş tutan matç qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Rəqibin heyətində Radoslav Kirilov (40) və Mazier Soula (85) fərqləniblər.
Qeyd edək ki, səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlmişdi./Report/
***20:00
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Levski” (Bolqarıstan) oyunu start götürüb.
Yenicag.az xəbər verir ki, qarşılaşma Masazırdakı Əlincə stadionunda keçirilir.
Görüşü ukraynalı baş hakim Mikola Balakin idarə edir. Səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlib.