Polşa ukraynalı qaçqınlar üçün imtiyazları ləğv etdi

media-hightechnic-468x90

Polşa Prezidenti Karol Navrotski ukraynalı qaçqınlar üçün xüsusi statusun və imtiyazların ləğvi haqqında qanunu imzalayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə pezidentin mətbuat katibi Rafal Leskeviç sosial şəbəkə hesabında paylaşım edib.

Sənədə əsasən, ukraynalılar pulsuz tibbi xidmətlərdən və mənzil ödənişlərinə dair güzəştlərdən məhrum ediləcəklər. Tibbi xidmətlərin göstərilməsinə istisna yalnız Polşada müalicə olunan Ukrayna Silahlı Qüvvələrinin yaralı hərbi qulluqçularına şamil ediləcək.

Polşa Daxili İşlər Nazirliyinin məlumatına görə, respublikada xüsusi statusla təxminən 1 milyon ukraynalı yaşayır. 2025-ci ilin sentyabrında Navrotski bu statusun sonuncu dəfə uzadılmasına imza atmışdı, lakin həmin vaxt ukraynalı qaçqınlar üçün imtiyazlar məhdudlaşdırılmışdı. Xüsusilə pulsuz tibbi xidmətlərin siyahısı daraldılmış, işsiz ukraynalılara sosial müavinətlərin ödənişi dayandırılmışdı.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05