Polşa Ukraynaya qoşun GÖNDƏRİR? – XİN rəhbəri AÇIQLADI
Polşa Xarici İşlər Nazirinin rəhbəri Radislav Sikorski ölkəsinin potensial sülhməramlı missiya çərçivəsində Ukraynaya hərbi qüvvə göndərməyəcəyini bildirib.
Yenicag.az RMF24-ə istinadla xəbər verir ki, o, bu barədə Polşa Seymində ölkənin 2025-ci il üçün xarici siyasətinin məqsədləri ilə bağlı etdiyi çıxış zamanı bəyan edib.
Çıxışı zamanı Sikorski bəzi ölkələrin potensial sülhməramlı missiya çərçivəsində öz qoşunlarını Ukraynaya göndərməyi nəzərdən keçirdiklərini xatırladıb.
“Biz bunu etməyəcəyik, amma potensial missiyaya dəstək verəcəyik. Polşasız Ukraynaya yardım mümkün olmazdı”, – deyə o vurğulayıb.
XİN rəhbəri əlavə edib ki, Ukraynaya olan yardımın ən azı 80%-i Yasyonka hava limanı vasitəsilə keçir.
Sikorski Polşanın Ukraynaya 45 yardım paketi təqdim etdiyini və daha bir paket göndərməyə başladığını da qeyd edib:
“Polşa həmçinin şərq sərhədimiz vasitəsilə gələn hərbi yardımla bağlı logistika dəstəyi və təlimatın götürülməsi yükünü və riskini üzərinə götürür”.
O, ayrıca olaraq Polşanın artıq təxminən 30 min ukraynalı hərbçini hazırladığını qeyd edib.