Polşadan Rusiya və Belarusa SƏRT MESAJ: “Cavab verəcəyik!”

media-hightechnic-468x90

Polşa Müdafiə Nazirinin müavini Sezari Tomçik ölkəsinin sentyabrda keçiriləcək Rusiya-Belarus “Qərb” təlimlərinə cavab verəcəyini bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə o, RMF24-lə söhbətində bildirib.

Onun sözlərinə görə, Polşada həm Polşa, həm də NATO tərəfindən “böyük təlimlər” keçiriləcək. Polşa Müdafiə Nazirinin müavini, yaxın zamanda keçiriləcək Belarus-Rusiya “Qərb” təlimlərinin Polşa üçün təhlükə yaratmayacağını inkar edib.

“Polşa Belarusda keçiriləcək “Qərb” təlimlərinə Polşa tərəfindən uyğun şəkildə cavab verəcək. Polşada böyük təlimlər həm Polşanın, həm də NATO-nun böyük manevrləri keçiriləcək. Keçən il isə biz tarixdəki ən böyük NATO təlimlərini keçirdik, hansı ki, təxminən 100 min hərbçi iştirak etdi. NATO Rusiyadan daha güclüdür”, – deyə o əlavə edib.

Xatırladaq ki, Rusiya və Belarus 2025-ci ilin sentyabrında “Qərb” adı ilə böyük birgə hərbi təlimlər keçirməyi planlaşdırırlar. Bu təlimlərin əsas məqsədləri birgə müdafiə və hücum hərəkətlərinin təkmilləşdirilməsi, silahlı qüvvələrin əlaqələrinin yaxşılaşdırılması və hərbçilərin təhlükəsizliklə bağlı müxtəlif senarilərə hazırlığını yoxlamaqdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600