Poroşenko Rusiyanın Donbas separatçılarının sənədlərini tanımasını şərh etdi

media-hightechnic-468x90

Ukrayna prezidenti Pyot Poroşenko Rusiyanın Donbasdakı separatçı rejimin əhaliyə verdiyi sənədləri tanımasına münasibət bildirib.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Poroşenko qeyd edib ki, bu, beynəlxalq hüququn Rusiya rəhbərliyi tərəfindən pozulmasına sübutdur.

“Bu, Rusiyanın beynəlxalq hüququ pozmasının və işğal törətməsinin növbəti təsdiqidir”, – o qeyd edib.

Rusiya Ukraynanın Donbas bölgəsindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanıyıb. Rusiya prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05