Poroşenko savaş istəmir
Ukrayna Ali Radasının deputatı, prezident Pyotr Poroşenkonun oğlu Aleksey Poroşenko ölkədə hərbi vəziyyətin elan olunmasına qarşı olduğunu bəyan edib.
Yenicag.az anspress-ə istinadən bildirir ki , Aleksey Poroşenko bildirib ki, o, qəti olaraq Ukraynada hərbi vəziyyətin elan eilməsini istəmir.
Onun sözlərinə görə, Ukraynada hərbi vəziyyətin elan edilməsi halında ölkədə iqtisadi islahatlar dayandırıla bilərlər.
“Ukraynanın “sağ qalması” üçün bizə ilk növbədə bu müharibədə ayaqda qalmaq lazımdır. Digər tərəfdən, biz iqtisadi islahatları davam etdirməliyik. Əminəm ki, hərbi vəziyyətin tətbiqi halında iqtisadi sahədə daha mürəkkəb vəziyyət yaranacaq”, – deyə Poroşenko bildirib.
Qeyd edək ki, bundan əvvəl Ali Radada Donetsk vilayətində hərbi vəziyyətin elan edilməsi təklif edilmişdi.