“Poroşenkonun Putinlə danışlar aparması əbəsdir”
“Ukrayna əhalisi Poroşenkoya onun Rusiya ilə danışıqlar apara biləcəyinə əmin olduğu üçün səs verib”.
Bu sözləri prezident seçkilərində üçüncü yeri tutan deputat Oleq Lyaşko söyləyib.
O, Rusiya ilə danışıqlar aparmağın əbəs olduğunu vurğulayıb:
“Poroşenko Ukraynada olan münaqişənin bitməsi üçün Rusiya ilə danışıqlar apara bilər. Ukraynalılar da buna güvənərək ona səs veriblər. Təki onda hər şey alınsın. Lakin düşünürəm ki, Krımın ruslar tərəfindən işğalı və Donbasda əhalini provokasiyaya çəkməsi bizim ruslarla aramızda uçurumun yaranmasına səbəb olur. Məhz buna görə danışıqlar aparmağımız əbəsdir”.