Portuqaliyada tarix yazan “Qarabağ” Vətənə qayıtdı

media-hightechnic-468x90

UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa” klubunu 4:2 hesabı ilə məğlub edən “Qarabağ” Vətənə qayıdıb.

Yenicag.az xəbər verir ki, komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.

İlk dəfə Avropa Liqasının pley-off mərhələsində çıxış edən Ağdam klubunun qollarını Marko Yankoviç, Abdullah Zubir (2) və Olavio Juninyo vurublar.
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600