!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Premyer Liqa hakimini döyən Rauf Əliyevin qardaşı imiş - ÖZƏL

!Reklam – Yazi

Milli Futbol Liqasında keçirilən “Qala Sığorta” – “Sabko” matçında xoşagəlməz hadisə baş verib.

Yenicag.az xəbər verir ki, qarşılaşmanın baş hakimi olan Nahid Xasıyev döyülüb. Oyunun gedişi zamanı hakimin verdiyi qərarla razılaşmayan “Sabko”nun üzvü Ramin Əliyev Xasıyevə etiraz edib. Ramin Əliyev etirazı qarşısında sarı vərəqə gördüyünə görə hakimi itələyib. Bu zaman futbolçunun hərəkətinə görə Premyer Liqada da təyinat alan Nahid Xasıyev Əliyevə qırmızı vərəqə göstərib. Qırmızı vərəqə alan futbolçu bunun qarşılığında hakimin üzünə yumruq zərbəsi endirib.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, hakimi döyən Ramin Quliyev “Qəbələ”nin futbolçusu Rauf Əliyevin qardaşıdır.

Qeyd edək ki, hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Emin Səfərov

www.yenicag.az

4854
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv