Prezident hakimləri təhqir etdi və cərimələndi
AFFA-nın İntizam Komitəsi qalmaqallı oyunla bağlı qərarını açıqlayıb.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, “Rəvan”–“Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Bundan başqa, oyunun 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Əfqan Talıbov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunub.
Daha bir cərimə “Qaradağ Lökbatan” klubunun prezidentinə kəsilib. Belə ki, klub prezidenti Tahir Mustafayev geniş kütlə qarşısında hakimlər briqadasın və hakimlər komitəsin təhqir etdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulub. Bu addımına görə Tahir Mustafayevin klubuna 2000 manat cərimə tətbiq olunub.
“Qaradağ Lökbatan” klubu isə meydançanı özbaşına tərk etdiyinə görə 1000 manat cərimələnib. İntizam Komitəsindən bildirilib ki, bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaq.