Prezident Paşinyanla sülh sazişini müzakirə etdi
Xəbər verdiyimiz kimi, Tiranada keçirilən Avropa Siyasi Birliyinin VI Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Yenicag.az xəbər verir ki, hər iki tərəf Ermənistan-Azərbaycan sülh sazişinin mətninin razılaşdırılmasının vacibliyini vurğulayıblar.
Ermənistan hökumətinin məlumatına görə, tərəflər mövcud vəziyyəti müzakirə edib və imzalanma prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.