!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Qarabağın işğalından danışdı: "Əgər Heydər Əliyev olsaydı torpaqlarımız işğal olunmazdı"

!Reklam – Yazi

Əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşüb: “Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, – mən bunu dəfələrlə demişəm, – əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi”.

İlham Əliyev əlavə edib ki, 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində xalqımız böyük faciə ilə üz-üzə qalmışdır: “Siz bilirsiniz, bu gün biz çalışırıq ki, bu məsələni həll edək. Ordu quruculuğuna çox böyük diqqət göstərilir. Bizim ordumuz döyüş meydanlarında da öz gücünü göstərmişdir. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Biz bir neçə strateji mövqeyi işğalçılardan azad etmişik və o bölgələrdə, o yüksəkliklərdə Azərbaycan bayrağını qaldırmışıq. Bu gün Lələtəpədə, Ağdərə dağlarında, Naxçıvan dağlarında – hansılar ki, işğal altında idi, bu gün Azərbaycanın dövlət bayrağı dalğalanır.

Eyni zamanda, bildiyiniz kimi, bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Hesab edirəm ki, ölkəmizin artan potensialı, hərbi-iqtisadi gücü, dünyadakı mövqeyi bu gün bizim xeyrimizə işləyir və bu gün danışıqlar prosesində ölkəmizin mövqeləri kifayət qədər güclüdür”.

www.yenicag.az

1548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv